İllik 20% orta artımla 0-dan 8 M-na qədər
Konkret halın təhlili
1,5 ildə 50k illik gəlirdən 1 M-na qədər illik gəlir.
Problem
Müştəri elektron cihazlar və qadcetlərlə birlikdə daha çox əlavə xidmətlər satmaq üçün tam potensialını işə sala bilmədikdə.
Həll
Təcrübəli və uzunmüddətli partnyor olaraq biz əlavə sığorta xidmətlərinin satışından daha yüksək gəlir axını əldə etmək imkanı yarada biləcək tam bazar potensialını aşkar etmək üçün irəli addımlamışıq. Məqsədimiz müştərinin fəaliyyətini yaxşılaşdırmaq üçün kompleks fəaliyyət planını işləyib hazırlamaq olmuşdur.
Əsas uğur faktorları
Satıcılar üçün ardıcıl bonus sistemləri onların motivasiyasını və ümumi məhsuldarlığını artırmışdır.
Həm əməliyyat, həm də idarəetmə səviyyələri üçün uzunmüddətli təlim proqramları onlara gəlir artımını təmin etmək və müstəsna müştəri təcrübəsi yaratmaq üçün lazım olan bilik və bacarıqları təmin etmişdir.
Biz səmərəli qiymət modelini yenidən düşünməyə və müəyyən etməyə kömək etmişik.
Məqsədlərimizdən biri gəlirin artırılması, brendin gücləndirilməsi və müştəri təcrübəsinin təkmilləşdirilməsi kimi mürəkkəb proses boyu qərar qəbul edən rəhbərlərə bələdçilik etməkdə etibarlı strateji tərəfdaş kimi çıxış etmək olmuşdur.
Yaradılan dəyər
Müxtəlif tədbirlər kompleksi, güclü qarşılıqlı tərəfdaşlıq və etimad aşağıdakılara nail olmağa kömək etmişdir:
1,5 il ərzində illik gəlirdə 20x artım (50 min avrodan 1 milyon avroya qədər).