Yeni satın alınan cihazları və qadcetləri gözlənilməz zərərdən qorumaq.
Satınalma sığortası
Əksər telefonlar, noutbuklar və digər müxtəlif elektron cihazlar yalnız istehsal qüsurlarını əhatə edən standart zəmanət ilə təqdim olunur. Satınalma sığortası gözlənilməz hadisələrin baş verdiyi zaman müştərilərinizin rahatlığını təmin edir.
Məhsul bazar ehtiyaclarına uyğun olaraq yüksək səviyyədə hazırlana bilər.
Satınalma sığortası əhatə edir
Təsadüfi zərərdən qorunma
Ekranın zərərdən qorunması
Zərər və oğurluqdan qorunma
Əsas Sığorta kateqoriyaları
Məişət elektronikası
Velosipedlər və skuterlər
Mebel
Müddəti uzadılmış zəmanət
Məişət texnikası və elektronikaya yatırılan sərmayənin uzunmüddətli qorunması.
Müddəti uzadılmış zəmanət, müştərilərinizə standart istehsalçı zəmanəti xaricində qiymətli satınalmalar üçün əlavə qorunma imkanı verir. Təmir və dəyişdirmənin gözlənilməyən xərclərinin qarşısını almaqla müştərilərinizi sakitlik və rahatlıqla mükafatlandırın.
Məhsul bazar ehtiyaclarına uyğun olaraq yüksək səviyyədə hazırlana bilər.
Satınalma sığortası əhatə edir
İstehsalçının zəmanət müddətindən sonra məhsul qüsurlarından qorunması.
Əsas Sığorta kateqoriyaları
Məişət elektronikası
Məişət texnikası
Digər qiymətlilər (mebel, bağçılıq alətləri və s.)
Şikayətə tam baxılması və həll edilməsi
Şikayəti asanlıqla və təcrübəyə əsaslanaraq həll etmək.
Qlobal partnyor şəbəkəsi, mükəmməl son müştəri təcrübəsinə diqqət yetirilməsi və məqsədyönlü yanaşma bizə bütün şikayətlərə baxılması və həll edilməsi xidmətləri üçün “bir pəncərə” olmağımıza imkan verir.
OAİ zəmanətinin tətbiq edilməsi
Biz bütün dünyada müxtəlif səlahiyyətli xidmət təminatçıları ilə əməkdaşlıq edirik, ona görə də biz istehsalçının zəmanət müddəti çərçivəsində istənilən vaxt istənilən yerdə məhsulun təmirini təmin etmək iqtidarındayıq.
Üçüncü tərəf şikayətlərinin həll edilməsi
Biz satınalma sığortası və müddəti uzadılmış zəmanət satıcıları üçün şikayətlərin baxılması və həll edilməsi xidmətləri göstəririk.
Biz zərərlə bağlı şikayətlər, xidmət təminatçıları/müştərilərlə əlaqə və məhsulun təmirinə nəzarət daxil olmaqla şikayətlərə baxılmanın tam dövrünü əhatə edə bilərik. Tamamilə çevik olduğumuz üçün biz bütün şikayətlərə baxılması prosesini idarə edə bilərik və yaxud yalnız xidmət təminatçılarını və təmir əməliyyatlarını idarə etməkdə satıcının yanında ola bilərik.
Geniş qlobal xidmət şəbəkəsi
Biz, dərhal işə başlaya bilməmiz üçün bütün dünyada xidmət təminatçıları ilə uzunmüddətli tərəfdaşlığı davam etdiririk.
24/7 çoxdilli dəstək
Biz yerli dilinizdə və saat qurşağınızda bütün gün ərzində yüksək keyfiyyətli müştəri dəstəyi xidmətləri göstərmək iqtidarındayıq.